Koronavirusa təkrar yoluxma immunitet sisteminin fərdi xüsusiyyətlərindən asılıdır.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Vladimir Çulanov bildirib.
Onun sözlərinə görə, COVID-19-a təkrar yoluxma halları çox nadir də olsa baş verir.
“Koronavirusa yenidən yoluxma insanın immunitet sisteminin fərdi xüsusiyyətlərindən asılıdır. Məsələn, sağalan insanın zəifləmiş immuniteti kifayət qədər anticism istehsal etməyə bilər”, - deyə o bildirib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı da COVID-19-a yenidən yoluxma hallarını istisna etmir.