ABŞ-da daha bir afroamerikalı polis tərəfindən güllələnib - VİDEO
ABŞ-da daha bir afroamerikalının polis tərəfindən güllələnməsindən sonra yenidən etiraz aksiyaları başlayıb.
“Mash” “Telegram” kanalının məlumatına görə, bu dəfə hadisə Viskonsin ştatının Kenoşa şəhərində baş verib.
İlkin məlumata görə, Ceykob Bleyk iki nəfər arasındakı münaqişəni həll etməyə çalışıb. Hadisə yerinə polis cəlb olunub. C.Bleyk hüquq mühafizəçinin tələblərinə əməl etməyərək avtomobilinə girməyə çalışıb.
Onun maşına minməsinə mane olmaq istəyən polis elektroşokerdən istifadə edib və silahdan atəş açıb.
Hadisə ilə əlaqədar şəhərdə aksiyalar başlayıb.
Ədliyyə Nazirliyi istintaqa başlayıb.
Qeyd edək ki, bir müddət əvvəl digər bir afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ölkədə geniş miqyaslı aksiyalar başlamış, kütləvi iğtişaşlar nəticəsində xeyli sayda mülki şəxsə, obyektlərə, günahsız insanlara zərər dəymişdi.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!