İtaliyada gündə 1077 nəfərdə COVID-19 aşkar edilib.
Bu barədə La Repubblica ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat verib.
İtaliyada koronavirus hadisələrinin ümumi sayının 258 136 nəfərə çatdığı qeyd olunur.
Cəmi 35 430 COVID-19 xəstəsi ölüb.
Bundan qabaq bildirilirdi ki, İtaliyanın "Torino" futbol klubunun iki oyunçusunda koronavirus üçün verilən analizlərin cavabı müsbət olub.