ABŞ və Yaponiya 2020-ci illərin ortalarında yeni nəsil raketləri aşkar etmək, izləmək, o cümlədən hipersonik texnologiyalardan istifadə edən miniatür LEO peyklərinin şəbəkəsini genişləndirməyi planlaşdırır.
Bu barədə “Nikkei” qəzeti məlumat yayır.
Layihənin təqribən doqquz milyard dollara başa gələcəyi qeyd olunur. Tərəflər yaxın gələcəkdə əməkdaşlığın detallarını hazırlayacaqlar.
Vaşinqton 300-1000 km hündürlükdə orbitə minə yaxın kiçik müşahidə aparatının buraxılacağını nəzərdə tutub. Eyni zamanda, onlardan 200-ü raketləri aşkar etmək üçün infraqırmızı sensorlarla təchiz ediləcək.
Qəzetin məlumatına görə, ilk 30 eksperimental peyk 2022-ci ildə buraxılacaq.
Yaponiya da öz növbəsində bu layihəyə qoşulmağı, miniatürləşdirmə və sensor inkişafı üçün texnologiyalarını təklif etməyi planlaşdırır. O da layihəni qismən maliyyələşdirəcək.