Türkiyənin Çorum vilayətində gəlin bəyi qarət edərək qaçıb.
Sondakika.com xəbər verir ki, 22 yaşlı S.Ç. 27 yaşlı A.K.-nın 55 min lirə (12,820 AZN) pulunu mənimsəyib.
Belə ki, evlənməyə qərar verən cütlüyün ailələri toydan bir gün əvvəl “başlıq pulu” üçün qıza 20 min lirə (4,662 AZN) verib və 35 min lirə (8,158 AZN) məbləğində bilərzik alıblar.
Qızıl mağazasından qayıdandan sonra qız özünü pis hiss etdiyini və xəstəxanaya getmək istədiyini deyib. Xəstəxanaya aparılan gəlin tualetin pəncərəsindən qaçıb.
Gələcək arvadının onu qarət etdiyini anlayan kişi polisə xəbər verib.
Hadisə ilə bağlı araşdırma başlayıb.