Livan Prezidenti Beyrutdakı partlayışın üç əsas versiyasını açıqlayıb.
Kp.ru xəbər verir ki, Mişel Aun Beyrut limanında silah anbarlarının olmadığını deyib.
O, əminliklə qeyd edib ki, Beyrutdakı partlayış limanın anbarlarındakı “Hizbullah”a aid silahlar səbəbindən baş verə bilməz:
“Əldə etdiyimiz məlumata görə, “Hizbullah”ın limanda silahları olmayıb, amma yenə də bu versiyanı daha ətraflı araşdıracağıq”.
Onun sözlərinə görə, hazırda Beyrutda faciənin üç əsas səbəbi araşdırılır: qəza, ammonium nitratın saxlanma şəraitinin pozulması və xarici müdaxilə.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanı yaxınlığında güclü partlayış nəticəsində 171 nəfər ölüb, altı mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, yüzlərlə əmlaka zərər dəyib.