Rusiyanın Kursk vilayətində Qorşeçenski Mərkəzi Regional Xəstəxanasının həkimləri səhvən sağ adamı morqa qoyublar.
Mk.ru xəbər verir ki, qadın qarın ağrısı şikayətləri ilə tibb müəssisəsinə müraciət edib.
Əvvəlcə həkimlər bağırsaq keçməzliyindən şübhələniblər, sonra şiş və metastaz tapıblar. Qadın əməliyyat olunub və bu zamanı kliniki ölüm keçirib. 30-40 dəqiqə reanimasiya şöbəsində saxlanılan qadını ölü hesab edərək morqa aparıblar.
Qeyd olunur ki, yerli həkim qadını sağ vəziyyətdə tapıb.
Qurumda beyin fəaliyyətini qeyd edən avadanlıqlar olmadığına görə, həkimlər ölüm faktını dəqiq müəyyənləşdirə bilməyiblər.