SARS-Cov-2 virusu 100 faizlik pambıq parça üzərində bir sutkadan daha tez məhv olur.
“İzvestiya” agentliyi xəbər verir ki, bu Kanadanın Manitoba Universitetinin və Kanada Xalq Sağlamlığı Agentliyinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub.
Qeyd olunur ki, üçqat təmiz pambıqdan olan köynək həkimlərin virusdan qorunmaq üçün istifadə etdiyi geyimlər qədər təhlükəsizdir.
Buna baxmayaraq, qeyd olunur ki, tibbi maska insanı pambıqdan hazırlanmış maskadan daha yaxşı qoruyur.