Dubayda dünyada ilk dəfə hava limanında koronavirusa yoluxmuş insanları müəyyən etmək üçün xüsusi təlim keçmiş itlərin istifadəsinə başlanılıb.
Bu barədə “Travel and Leisure” məlumat yayıb.
Xüsusi təlim görmüş itlər səyahət edən insanlarla təmasda olmadan xəstəliyi aşkarlayırlar.
Heyvanlar tərəfindən COVID-19 xəstələrinin müəyyən edilməsi dəqiqliyinin 92 faizə bərabər olduğu qeyd edilir.