"Google" ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmağı planlaşdırır » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  |     20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |    

"Google" ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmağı planlaşdırır

ABŞ-ın "Google" şirkəti "Android" smartfonların köməyi ilə zəlzələlərin müəyyən edilməsi üçün ən geniş şəbəkə yaratmağı planlaşdırır.

Median.Az
Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda bildirilir: "Bu gündən etibarən sizin "Android" yaşadığınız yerdən asılı olmayaraq zəlzələ haqqında xəbərdarlıq sisteminin bir hissəsi ola bilər. Bu, o deməkdir ki, sizin telefonunuz mini-seysmometr ola bilər və dünyanın ən böyük zəlzələlərin müəyyən edilməsi üçün sistemin yaradılması məqsədilə milyonlarla digər "Android" telefonlarına qoşula bilər".

Qeyd edilir ki, hər smartfon kiçik akselerometrlə təchiz edildiyinə görə o, yaxınlıqda zəlzələnin baş verdiyini göstərən siqnalları qeyd edə bilir. Zəlzələnin həqiqətən müəyyən bir yerdə olub-olmadığını müəyyən etmək üçün siqnallar fərqli smartfonlardan məlumatları toplayan və emal edən xüsusi bir serverə göndəriləcək.

Məlumatda vurğulanır ki, ilkin mərhələdə yaxınlıqdakı zəlzələ haqqında məlumatı "Google" axtarış sisteminə sorğu verərək öyrənmək olar. Lakin daha sonra şirkət ABŞ və digər ölkələrin sakinlərinə zəlzələ haqqında bildiriş göndərməyi planlaşdırır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 123 12.08.20 19:42