Korona ya payızda bitəcək, ya da... - Professor » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  |     20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |    

Korona ya payızda bitəcək, ya da... - Professor

Son günlər sosial şəbəkələrdə yoluxma sayının sağalanların sayından 2 dəfə az olmasına baxmayaraq, karantin rejiminin ləğv edilməməsindən şikayət edirlər. Maraqlıdır, bəs ölkədə hansı halda karantin ləğv edilə bilər?

Median.Az
axar.az-a istinadən bildirir ki, professor Adil Qeybullanın dediyinə görə, karantinin ləğv edilməsi üçün ÜST rəy verməlidir:

"Karantinin ləğv edilməsi barədə biz də müraciət etmişdik və karantin davranışlarına nəzarətin ciddi olması şərtilə sosial həyatın fəallaşmasını məsləhət görmüşdük. Ola bilsin ki, birinci yumşaldılmadan sonrakı vəziyyəti görüb ehtiyat etdilər. Çünki mayda tətbiq edilən yumşaldılma zamanı yoluxma sayı artdı. Bu səbəbdən ehtiyatlı davranırlar. Hesab edirəm, yavaş-yavaş müəyyən yumşalmalar tətbiq ediləcək. Ümumiyyətlə isə ölkədə karantin rejimi Ümumdünya Səhiyyə Təşkilatı rəy vermədən ləğv edilə bilməz. Yalnız karantin davranışlarına əməl edilməklə qaydaları yumşaltmaq mümkündür. Yumşaldılma zamanı maska və əlcəklərdən istifadəyə, qapalı məkanların giriş-çıxışında əllərin dezinfeksiya edilməsinə, içəridə sahəyə uyğun olaraq daxil olan adamların sayına və s. məsələlərə riayət edilməlidir. Bütün bu tədbirlər ÜST-ün karantinlə bağlı son zəngi çalmasına qədər davam etməlidir".

Adil Qeybulla ÜST-ün koronavirusdan həmişəlik yaxa qurtarmağın mümkün olmaması barədə açıqlamasına da münasibət bildirib:

"Düzdür, daha əvvəl lokal epidemiyalar olub və olacaq da. Lakin ispan qripindən sonra dünyada belə bir pandemiya olmayıb. Hər il koronavirus olurdu. Sadəcə, bu, yoluxucudur və pandemiya törədib. Bu virus ya payızın sonuna yaxın yoxa çıxacaq, ya da sakitləşib bədənimizdə qalacaq".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 285 11.08.20 22:07