Beyrutda etirazlar şiddətlənir, yüzlərlə insan yaralandı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  |     20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |    

Beyrutda etirazlar şiddətlənir, yüzlərlə insan yaralandı - VİDEO

Beyrut limanında baş verən partlayış Livanda gərgin olan vəziyyəti bir qədər də pisləşdirib. Elə buna görədir ki, günlərdir etirazçıların səsləri Beyrutdan əskik olmur. Polislər isə paytaxt küçələrinə toplaşan yüzlərlə etirazçıya gözyaşardıcı qazla müdaxilə edir.

Median.Az
"Baku.Tv"yə istinadən xəbər verir ki, Livan paytaxtında aksiyaçılarla polis arasında yenidən toqquşmalar başlayıb. Toqquşmalar Beyrutda parlament binası yerləşən rayonda müşahidə olunur.

Ötən gün Beyrutda etiraz aksiyası keçirən nümayişçilər Əmək Nazirliyinin binasına daxil olublar. "Dövlət bizik" şüarını səsləndirən insanlar daha sonra Məcburi Köçkünlər Nazirliyinin binasına da daxil olaraq inzibati binanın içərisini dağıdıblar.

Livanlılar baş verən partlayışa görə ölkənin siyasi elitalarını günahlandırır, onları korrupsiyada təqsirkar bilirlər. Aylardır iqtisadi çöküşün astanasında olan ölkədə mövcud vəziyyətdən bezərək küçələrə axışan insanlara polislər isə gözyaşardıcı qaz istifadə edərək cavab verir. 728 nəfər yaralanıb.

Livanın Ətraf mühit və inzibati inkişaf naziri Damianos Kattar bazar günü rəsmi olaraq istefa verib. O bildirib ki, ölkədə sistemin bütün mexanizmləri köhnəlib və bir çox imkanlar əldən verilir. Hökumətin sayca ikinci nazirinin istefasından sonra Baş nazir Həsən Diabın ümumi vəziyyəti müzakirə etmək üçün kabinetin təcili iclasını çağırdığı bildirilir. İclasın nəticələri barədə məlumat verilməyib.

Livan Silahlı Qüvvələrinin rəhbərliyi etirazçılara radikal addımlar atmamaları ilə bağlı xəbərdarlıq edib. Müraciətdə bildirilib ki, qanun pozuntusuna yol verən şəxslər müvafiq qaydada cəzalandırılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 173 10.08.20 18:25