Rusiya Prezidenti Vladimir Putin ölkənin İstintaq Komitəsinin üç generalının vəzifələrindən azad edilməsi üçün sərəncam imzalayıb.
Bununla bağlı RBK məlumat yayıb.
Bildirilib ki, istefaya göndərilənlər - general-mayor Andrey Bunyev, general-mayor Sergey Vasyulin və general-leytenant Vadim Buqayenkodur.
Hər üç şəxs vəzifədən azad olunmaq üçün Putinə ərizə ilə müraciət etmişdi.