Türkiyədə qanunsuz yaşayan azərbaycanlı saxlanılıb.
“Cumhuriyet”in yaydığı xəbərə görə, bu barədə Türkiyənin Miqrasiya üzrə Baş İdarəsinin rəsmi saytında məlumat dərc edilib.
Xəbərdə bildirilir ki, Hatay, Hakkari, İğdır və Ağrı şəhərlərində aparılan araşdırmalar nəticəsində Azərbaycan və Pakistan vətəndaşlarının dövlət ərazisində qanunsuz yaşadığı məlum olub.
Qanunu pozaraq həmin şəxslərlə əlbir olan altı Türkiyə vətəndaşının da saxlanıldığı bildirilib.