Rusiya ölkə ərazisində koronavirusun kütləvi yayılmasına qarşı hazırlıqlara başlayıb.
“İnterfaks”ın məlumatına görə, bunu RF Səhiyyə nazirinin müavini Sergey Krayevoy bəyan edib.
Krayevoyun sözlərinə görə, nazirlik infeksiyanın Rusiyada necə inkişaf edəcəyinə proqnoz verə bilmir. O vurğulayıb ki, virus, əsasən, monqoloid irqinə mənsub kişilərə yoluxur.
Krayevoy bildirib ki, Çindən təxliyyə olunan rusların və MDB ölkələrinin vətəndaşlarının aparılacağı yer müəyyən olunub, tibb işçiləri artıq oraya yollanıb. Bununla belə, o, bu yerin hara olduğunu deməyib.
O, həmçinin, yeni koronavirusa yoluxa biləcək xəstələrin diaqnozu, marşrutu, müalicəsi və reabilitasiyası mövzularında həkimlərlə birlikdə vebinarların keçirildiyini söyləyib.
Kraeva qeyd edib ki, koronavirusa qarşı vaksin hələ hazırlanmayıb.
“Həqiqətən, hazırda bu cür dərmanlar yoxdur. Müəyyən bir biotexnoloji platformaya sahib olandan sonra peyvəndi yaratmaq çətin deyil. Sadəcə, bir konstruksiyanı yaratmaq üçün iki-beş ay vaxt lazımdır”.
Onun sözlərinə görə, ən çətin şey vaksini yoxlamaq və sınaqdan keçirməkdir.
“Bunu etmək üçün canlı nativ viruslar (təbii) lazımdır. Bizdə, çox təəssüf ki, hazırda məhz bu vacib canlı virus yoxdur”, - deyə Krayevoy bildirib.