Bakı metropoliteninin Nərimanov stansiyasında gənc oğlan huşunu itirib.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hadisə bu gün 18 radələrində baş verib.
“1994-cü il təvəllüdlü gənc özünü pis hiss edib və huşunu itirib. Təcili tibbi yardım əməkdaşları ona dərhal yardım göstərib”, - o qeyd edib.