Külək məcburi köçkünlərin məskunlaşdığı binanın dam örtüyünü aşırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |     15:06 Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi  |     15:01 İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi, birini "fotoşop"latdı (FOTO)  |     14:58 Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA  |     14:57 Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     14:55 Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı  |     14:54 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı yoxlama başlanılıb  |     14:50 Ötən il milyard dollarlarla dəyəri olan kriptovalyuta oğurlanıb  |     14:48 Dünya şirkətləri işçilərini süni intellektlə əvəz etmək istəyir  |     14:47 Oyun həvəskarlarına müjdə: Yeni "Nintendo" daha böyük olacaq  |     14:45 Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü - VİDEO  |    

Külək məcburi köçkünlərin məskunlaşdığı binanın dam örtüyünü aşırıb

İsmayıllıda güclü külək rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı binanın dam örtüyünü aşırıb.

Median.Az
-ın Baku.ws-ə istinadən məlumatına görə, bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev deyib.

Komissiya sədri bildirib ki, hadisə nəticəsində rayonun "RTS" adlanan ərazisində ikimərtəbəli inzibati binanın dam örtüyünə ziyan dəyib:

"Binada 4 məcburi köçkün ailəsi məskunlaşır. İkimərtəbəli inzibati binadır. Güclü külək nəticəsində dam örtüyünə ziyan dəyib. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat vermişik".

R.Ağayev bildirib ki, rayon ərazisində fərdi yaşayış evlərinə ciddi ziyan dəyməyib:

"Əsasən külək ağacları aşırıb və elektrik enerji təsərrüfatına ziyan vurub. Hadisə nəticəsində 70-ə yaxın yaşayış məntəqəsinin elektrik enerjisi təminatında problem yaranmışdı. Artıq problem aradan qaldırılıb və bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa olunub".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 152 20.05.19 20:34