Azərbaycanda yaradılmış snayper tüfənginin sınaqları keçirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |     15:06 Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi  |     15:01 İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi, birini "fotoşop"latdı (FOTO)  |     14:58 Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA  |     14:57 Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     14:55 Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı  |     14:54 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı yoxlama başlanılıb  |     14:50 Ötən il milyard dollarlarla dəyəri olan kriptovalyuta oğurlanıb  |     14:48 Dünya şirkətləri işçilərini süni intellektlə əvəz etmək istəyir  |     14:47 Oyun həvəskarlarına müjdə: Yeni "Nintendo" daha böyük olacaq  |     14:45 Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü - VİDEO  |     14:43 BMT: "Azərbaycanda inflyasiya azalacaq"  |    

Azərbaycanda yaradılmış snayper tüfənginin sınaqları keçirildi

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin (MSN) mühəndisləri tərəfindən yaradılmış ST-12.7 iriçaplı snayper tüfənginin ilkin atışları keçirilib.

Bu barədə “AzeriDefence”ə Müdafiə Sənayesi nazirinin müşaviri Azad Məmmədov məlumat verilib.

A.Məmmədovun sözlərinə görə, ilk prototipi ADEX-2018 sərgisində nümayiş etdirilmiş 12.7×108 mm çaplı ST-12.7 snayper tüfəngi xüsusi təyinatlılar üçün nəzərdə tutulur. Silah kiçik qabariti və yüngül çəkisi ilə fərqlənir.

“ST-12.7 üçün 1600 metr atış məsafəsi nəzərdə tutulub. Sınaqlarda 1600 metrədək atışlar həyata keçirmişik və yüksək dəqiqlik əldə olunub. Tüfəng hazırda qiymətləndirmə sınaqlarındadır”, – deyə nazir müşaviri vurğulayıb.

A.Məmmədov bildirib ki, ST-12.7 snayper tüfəngi zəif təpməyə, yüksək dəqiqliyə və rahat erqonomikaya malikdir. Silahda yüksək effekktivliyə malik lülə ağız əyləci və yeni nişangah sistemi tətbiq olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 210 20.05.19 17:48