Bu gün Gəncədə əsən güclü külək şəhər təsərrüfatına xeyli ziyan vurub. Elektrik xətləri qırılıb və işıq dirəkləri yıxılıb.
Külək şəhərin ən böyük idman məktəbinin dam örtüyünü qopararaq yerə atıb. Xəsarət alan yoxdur.
Artıq şəhər rəhbərliyi problemlərin aradan qaldırılması yönündə işlərə başlayıb.