(FHN) Bakının Xəzər rayonunda fəaliyyət göstərən üçmərtəbəli ticarət mərkəzində baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
Median.Az FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir (açıq alov yoxdur). Binada olan insanlar təxliyə edilib.
Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.