Bakıda 1 nəfəri elektrik cərəyanı vurub.
Median.Az report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.
Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Nizami rayonunda elektrik cərəyanı vurması nəticəsində xəsarət alan 1 nəfərin tikilinin damından düşürülməsi üçün müraciət daxil olub.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu çağırış ünvanına gələrək vətəndaşa köməklik göstərib.