Ukraynada 26 yaşlı azərbaycanlı saxlanılıb.
Grad.ua xəbər verir ki, həmin şəxs qayıq vasitəsilə bu ölkə ərazisinə keçməyə cəhd edib.
Məlumatlara görə, o, Belqorod-Dnestrovskovo sərhədçiləri tərəfindən yaxalanıb.
Araşdırma zamanı onun 2022-ci ilədək Ukrayna ərazisinə girişinin qadağan olunduğu aydınlaşıb.
Faktla bağlı araşdırmalar davam edir. Onun yaxın günlərdə məhkəməyə çıxarılacağı bildirilib.