Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təyinat olub.
Bu barədə Ali Məclisin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncama əsasən, Elçin Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, E.Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Maliyyə nazirinin müavini vəzifəsində çalışıb.