“Bakıda, tarixi abidələrin olduğu ərazilərdə Formula kimi yarışların keçirilməsi düzgün deyil. Həmin tarixi abidəyə zərər dəysə, kim cavab verəcək?”
Bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, ümumiyyətlə, Bakı kimi meqapolisdə belə yarışların keçirilməsi düzgün deyil, vətəndaşlarımız əziyyət çəkir.
Qüdrət Həsənquliyev
“Mən Naxçıvan şəhərində keçirilməsini təklif edirəm, sıxlığın az olduğu şəhərdir. Başqası Gəncədə keçirilməsini təklif edə bilər. Ancaq Bakıda bu yarışı keçirməklə Azərbaycanı tanıtmaq naminə vətəndaşlarımızın əziyyət çəkməsinə imkan verməməliyik”.//bizimyol.info