Buta Odessaya birbaşa uçuşlara başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |     15:06 Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi  |     15:01 İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi, birini "fotoşop"latdı (FOTO)  |     14:58 Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA  |     14:57 Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     14:55 Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı  |     14:54 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı yoxlama başlanılıb  |     14:50 Ötən il milyard dollarlarla dəyəri olan kriptovalyuta oğurlanıb  |     14:48 Dünya şirkətləri işçilərini süni intellektlə əvəz etmək istəyir  |     14:47 Oyun həvəskarlarına müjdə: Yeni "Nintendo" daha böyük olacaq  |     14:45 Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü - VİDEO  |    

Buta Odessaya birbaşa uçuşlara başlayıb

Mayın 16-da "Buta Airways" loukost aviaşirkəti Bakıdan Ukraynanın daha bir şəhəri - Odessaya birbaşa uçuşlara başlayıb.

Median.Az
Baku.ws-ə istinadən xəbər verir ki, Odessaya uçuşlar həftənin cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Bu istiqamətə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir.

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.

Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

10 kiloqramdək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür.

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

Qeyd edək ki, Ukraynaya yeni istiqamətin açılması iki ölkə arasında turist axınını daha da artıracaq. Odessa loukost aviaşirkətin Ukraynadakı üçüncü istiqaməti olacaq. Aviaşirkət artıq Kiyev və Xarkova müntəzəm uçuşlar həyata keçirir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 317 17.05.19 23:29