350 dollarlıq viza rüsumu turizm sahəsinə mənfi təsir edəcək - Mütəxəssislər narahatdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |     15:06 Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi  |     15:01 İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi, birini "fotoşop"latdı (FOTO)  |     14:58 Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA  |     14:57 Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     14:55 Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı  |     14:54 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı yoxlama başlanılıb  |     14:50 Ötən il milyard dollarlarla dəyəri olan kriptovalyuta oğurlanıb  |     14:48 Dünya şirkətləri işçilərini süni intellektlə əvəz etmək istəyir  |     14:47 Oyun həvəskarlarına müjdə: Yeni "Nintendo" daha böyük olacaq  |     14:45 Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü - VİDEO  |    

350 dollarlıq viza rüsumu turizm sahəsinə mənfi təsir edəcək - Mütəxəssislər narahatdır

Azərbaycana çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumunun 350 ABŞ dolları məbləğində müəyyənləşdirilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Əhalinin əksəriyyəti məbləğin miqdarının çox olduğunu hesab edir, bunun turist axınına mənfi təsir edəcəyi düşüncəsindədir.

Xarici İşlər Nazirliyindən məsələyə münasibət bilidirilib və qeyd olunub ki, qiymətlər Avropa İttifaqı ilə viza sadələşdirilməsi sazişinin iştirakçı dövlətləri üçün 35 avro, digər ölkələr üçün 350 dollar olaraq təyin edilib.

Bəs görəsən, bu qiymət digər ölkələrlə müqayisədə çox deyilmi? Bu qiymətlər Azərbaycan turizminə nə kimi təsir göstərəcək?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən turizm mütəxəssisi Ceyhun Aşurov bildirib ki, təyin edilən məbləğ bir qədər çoxdur:

“Əslində, 350 dollar viza üçün kifayət qədər böyük məbləğdir. Bir tərəfdən baxanda, bu, turizm sahəsinə - ölkəyə turistlərin gəlişinə mənfi təsir göstərə bilər. Amma bir məqam var ki, bəzən vizaların sərtləşdirilməsi və ya qiymətinin artırılması təhlükəsizlik məqsədilə tətbiq edilir.

Əksər ölkələrdə də bu, təhlükəsizlik məqsədilə tətbiq edilib. Hazırda bizdə bu addım hansı məqsədlə atılıb, onu dəqiq deyə bilmərəm, bu, sadəcə variantlardır. Amma əgər ölkəyə turist cəlb etmək istəyiriksə, bunun uğurlu olacağını düşünmürəm.

Yenə də deyirəm, viza rüsumları məbləğ olaraq çox yüksəkdir. Çox nadir ölkələrdə bu cür yüksək viza qiymətləri mövcuddur.

Ümumilikdə turizm sahəsində qiymətlərin hər hansı şəkildə artımı tələb-təkliflə tənzimlənsə də, bütün bunların fonunda bu artımlar ölkəyə gələn turistlərin sayının azalmasına təsir göstərə bilər”.

Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov da bu qiymətlərin turistlər üçün əlverişli olmadığını düşünür:

“Təyin edilən 350 dollarlıq viza qiymətləri iş adamları və ya başqa bir səbəblərdən dolayı gələn qeyri-turistlər üçün normal ola bilər. Amma bunu ölkəyə gələn turistlərə şamil etmək olmaz. Turist bir aydan çox Azərbaycanda qalmaq istəyirsə, yaxud ölkəyə daxil olub, başqa bir ölkəyə gedib yenidən Azərbaycana gəlmək istəyirsə, bu qiymət, sözsüz ki, bahadır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 340 17.05.19 17:49