Abşeronda yeni layihə - Yarımada xəstəlikdən azad zonaya çevriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |     15:06 Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi  |     15:01 İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi, birini "fotoşop"latdı (FOTO)  |     14:58 Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA  |     14:57 Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     14:55 Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı  |     14:54 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı yoxlama başlanılıb  |     14:50 Ötən il milyard dollarlarla dəyəri olan kriptovalyuta oğurlanıb  |     14:48 Dünya şirkətləri işçilərini süni intellektlə əvəz etmək istəyir  |     14:47 Oyun həvəskarlarına müjdə: Yeni "Nintendo" daha böyük olacaq  |     14:45 Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü - VİDEO  |     14:43 BMT: "Azərbaycanda inflyasiya azalacaq"  |     14:41 Leyla Əliyeva ilin idman yekunları ilə bağlı tədbirdən paylaşım edib - FOTO  |    

Abşeronda yeni layihə - Yarımada xəstəlikdən azad zonaya çevriləcək

Abşeron yarımadasını xəstəlikdən azad zonaya çevirməyə hazırlaşırıq.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xəstəlikdən azad zonanın olması vacib məsələdir:

“Bu sadəcə pilot bir layihədir. Gələcəkdə Azərbaycanın bütün regionlarını əhatə edəcək. Bizim iki gün öncə sərgidə təqdim edəcəyimiz qida təhlükəsizlik göstəriciləri olan səhra laboratoriyaları da konseptin bir hissəsidir. Xəstəlikdən azad zona deyəndə həmin ərazinin heyvan mənşəli zonos xəstəliklərdən azad olunması nəzərdə tutulur”.

Qoşqar Təhməzli bildirib ki, layihə üçün Abşeron yarımadasının seçilməsi təsadüfi deyil:

“Bu layihənin üzərində beynəlxalq ekspertlər bizim yerli mütəxəssislərlə birlikdə rəylərini veriblər. Bu rəylərə əsasən, Abşeron müvafiq zona seçilib. Çünki burada köçəri heyvanlar az olması, xəstəliyin bir yerdən digər yerə daşınmaması əmsalı daha yüksəkdir. Onunla əlaqədar olaraq da burda bütün heyvanların identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək.

Ölkəyə idxal olunan və ölkədə doğulan heyvanın ölüm anına kimi keçirdiyi bütün xəstəliklərin qeydiyyatı aparılacaq. Bu da imkan verəcək ki, bilavasitə ət, süd məhsullarının təhlükəsizliyi təmin olunsun”, - deyə agentlik sədri qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 601 17.05.19 14:31