Hacıqabulda özünü asan kişi: “Mən verdiyim vədə əməl edə bilmədim" - TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |    

Hacıqabulda özünü asan kişi: “Mən verdiyim vədə əməl edə bilmədim" - TƏFƏRRÜAT

Mayın 2-də Hacıqabul rayonunda baş vermiş intiharın bəzi təfərrüatları məlum olub.

Median.Az
report-a istiandən xəbər verir ki, 1983-cü il təvəllüdlü Rəncbər kənd sakini Abasov Rakif Mirzəxan oğlunun verdiyi vədə əməl etmədiyi üçün özünü asdığı müəyyənləşib.

Bir neçə ildir Bakıda kirayədə yaşayan Rakif Abasov kəndə gedərək yaxınları ilə son dəfə görüşüb. Günorta saatlarında isə qonşularıgilə gedərək, onlarla vidalaşıb. Daha sonra ata evinə gələn Rakif kimsənin olmadığından istifadə edərək, həyətdəki çanaqlı antenanın dəmirindən özünü asaraq intihar edib. Təsadüfən evin qarşısında Rakifin asılı vəziyyətdə oduğunu görən qonşular onun həyatını xilas etməyə cəhd göstərsələr də, artıq gec olub.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Evdən Rakifin yazdığı məktub tapılıb.

“Mən verdiyim vədə əməl edə bilmədim, ona görə, yaşamağı özümə sığışdırmadım. Məni anamın yanında dəfn edərsiniz”, - deyə o məktubda yazıb.

Yaxınlarının dediyinə görə, Rakif Abbasov zəhmətkeş adam olub. Amma onun özünü asaraq intihar etməsinin əsl səbəbi hamıya qaranlıq qalıb.

Mərhumun azyaşlı 1 övladı var.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 300 04.05.19 22:42