Prezidentin sərəncamı 2500 nəfər əlilliyi olan şəxsə tətbiq ediləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:38 Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq  |     11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |    

Prezidentin sərəncamı 2500 nəfər əlilliyi olan şəxsə tətbiq ediləcək

Prezident İlham Əliyev “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” sərəncam imzalayıb.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, hazırda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təqribən 2500 nəfər əlilliyi olan şəxs təhsil alır. Həmin tələbələrin illik təhsil haqqı xərclərinin ödənilməsi üçün orta hesabla 4 milyon manat vəsait tələb olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən saytımıza verilən məlumata görə, hazırda Azərbaycanda 6245 sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaq var:

“Onlardan 1923-nün sağlamlıq imkanları 18 yaşadək müəyyən edilib. Sağlamlıq imkanları məhdud olan uşaqların 2533-ü qız, qalanları isə oğlanlardır. Nazirliyinin Dövlət Tibbi-Sosial Ekpsertiza və Reabilitasiya Xidmətinin nəzdində sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidməti göstərən iki müəssisə var. Bunlardan hər ikisi paytaxt Bakıda yerləşir. Uşaq Bərpa Mərkəzi Nərimanov rayonunda, Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi isə Suraxanı rayonunda fəaliyyət göstərir.

Cari ilin I rübündə hər iki reabilitasiya mərkəzində ümumilikdə, 740 sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib. Bu ilin yanvar-aprel ayları ərzində Uşaq Bərpa Mərkəzində cəmi 603, Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində isə 137 sağlamlıq imkanları məhdud uşaq reabilitasiyaya cəlb edilib.”.

Qeyd edək ki, Şəmkir və Qəbələ rayonlarında, 2020-ci ildə isə Bakı şəhəri Xəzər rayonu, Quba, Masallı, Ağcabədi, Xaçmaz və Lənkəran rayonlarında sağlamlıq imkanları məhud olan uşaqlar üçün sanator-kurort tipli bərpa mərkəzlərinin tikintisinə başlanması planlaşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 744 03.05.19 20:36