Azərbaycanda it və pişiklərin sayı artıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:38 Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq  |     11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |    

Azərbaycanda it və pişiklərin sayı artıb

Azərbaycanda itlərin və pişiklərin populyasiyalarının artımı müşahidə olunur.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Asəf Ömərov Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda ev heyvanlarının peyvəndi bu sahədə atılan addımlardan biridir:

“Dünyada itlər və yaxud da pişiklərin populyasiyalarını azaltmaq üçün müvafiq tədbirlər görülür. Onlar sterilizasiya olunaraq peyvəndlənir. Bu prosesin nəticəsində həmin heyvanlar nəsil artırma funksiyasını itirir və təbii olaraq ölürlər. Dünya təcrübəsinə görə, heyvanların 70-75 faizi peyvənd olunarsa, bu, artıq xəstəliyin baş verməməsinə gətirib çıxarır”.

Şöbə müdirinin sözlərinə görə, quduzluq xəstəliklərinə qarşı tədbirlərdən biri də oral vaksinasiyadır:

“Kənd Təsərrüfatı Nazirliyi bunun üzərində çalışır. Oral vaksinasiyanın həm müsbət, həm də mənfi tərəfləri var. Ona görə də bunu əvvəlcədən qiymətləndirmək lazımdır. Müsbət tərəfi odur ki, vəhşi təbiətdə quduzluq xəstəliyi nəzarətdə saxlanılır.

Oral vaksinasiya canavarlar üçün effektli deyil, çünki canavarlar qidaları çeynəmədən birbaşa udurlar. Tülkülər isə çeynəyirlər deyə dişləri vasitəsilə vaksinasiya edirlər və bu da hər bir halda xəstəliyin vəhşi təbiətdə qarşısını alır.

Hazırda oral vaksinasiya yoxdur, olanda da qış mövsümündə olur. Qış mövsümündə heyvanlar daha ac olur. Oral vaksinasiya helikopterlər vasitəsilə qar yağan vaxtı həyata keçirilir”.

Asif Ömərov qeyd edib ki, Azərbaycan ötən il 250 min vaksin almışdısa, bu il 270 min vaksin sifariş verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 133 03.05.19 19:37