Leysan, dolu, şimşək - Sabahın hava proqnozu » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:38 Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq  |     11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |    

Leysan, dolu, şimşək - Sabahın hava proqnozu

Mayın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 19-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Mayın 4-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 13-17 dərəcə isti təşkil edəcək.

Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi fonunda ötən günlə müqayisədə temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 010 03.05.19 14:14