Məşhur istirahət mərkəzləri Xəzəri belə çirkləndirir - Nazirlikdən xəbərdarlıq » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:38 Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq  |     11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |    

Məşhur istirahət mərkəzləri Xəzəri belə çirkləndirir - Nazirlikdən xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər dənizinin Xaçmaz sahil zolağında keçirilən son monitorinqlərin nəticələrini açıqlayıb.

Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov Oxu.Az-a açıqlamasında bildirib ki, nəticələrə görə, çirkab sular təbii axarlar vasitəsilə birbaşa Xəzər dənizinə axıdılır.

Məlumata görə, rayon ərazisində təmizləyici qurğular, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi tam mövcud deyil, müəssisə və təşkilatlarda formalaşan bərk məişət tullantıları və tullantı suları düzgün idarə edilmir.

Onun sözlərinə görə, aparılmış analitik təhlillərin nəticələrinə görə su nümunələrində səthi aktiv və bioloji çirkləndirici maddələrin miqdarı normadan artıq olub: “Xaçmaz rayonu ərazisində ən çox çirklənməyə məruz qalan axarlar Qudyalçay, Qusarçay və Vəlvələçaydır. Çayların çirklənməsinə səbəb “Azərsu” ASC-nin 1 saylı Regional Su Kanal İdarəsinin Bioloji Təmizləyici Qurğusunun istismara yararsız olması və Quba-Xaçmaz kanalizasiya kollektorunun həmin təbii axara qoşulmasıdır”.

“Aysberq” oteli, “Aysberq” pivə və “Qafqaz” konserv zavodlarında formalaşan tullantı suları Qudyalçay vasitəsilə, Nabranda fəaliyyət göstərən “Malibu”, “Oberlyuks”, “Atlant”, “Mayak”, “Dənizçi”, “Lokomativ”, “Sunset”, “Palma” istirahət mərkəzlərində formalaşan tullantı suları isə birbaşa Xəzər dənizinə axıdılır.

Yalama-Nabran ərazisində keçirilən monitorinqlər zamanı isə yaşayış məntəqələrində formalaşan tullantı sularının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması səbəbindən birbaşa dənizə axıdıldığı məlum olub.

Bundan əlavə, Xaçmaz rayonunun bəzi ərazilərində və Xudat şəhərində bərk məişət tullantılarının düzgün idarə olunmadığı və antisanitar vəziyyətin əmələ gəldiyi müşahidə edilib”, - deyə nazirlik rəsmisi bildirib.

Ərəstun Həsənov qeyd edib ki, aşkar olunan pozuntu hallarının aradan qaldırılması üçün ETSN tərəfindən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə, bələdiyyələrə, obyekt və müəssisələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, xəbərdarlıq-bildiriş məktubları göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 798 02.05.19 11:39