Millət vəkili: Universitetlər bilik verməklə deyil, diplom satmaqla məşğuldur » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |    

Millət vəkili: Universitetlər bilik verməklə deyil, diplom satmaqla məşğuldur

Azərbaycan mədəniyyətinə, incəsənətinə ciddi dövlət dəstəyi lazımdır. Xüsusilə də, klassik musiqinin inkişafına, pop demirəm, klassik musiqi ifaçılarının yetişdiriləmsinə ehtiyac var.

Median.Az
oxu.az istinadən xəbər verir ki, bunu millət vəkili Asim Mollazadə deyib.

O, qeyd edib ki, klassik musiqi ifaçılarının yetişdirilməsi üçün Bakı Musiqi Akademiyasına ciddi maliyyə dəstəyi göstərilməlidir:

“Azərbaycan Şərqdə ilk operanı yaradan, səhnələşdirən bir ölkədir. Azərbaycan Şərq ölkələri içərisində ilk dəfə balet əsəri yaradan bir dövlətdir. Azərbaycan Şərqdə cazın vətənidir. Ümumiyyətlə, Azərbaycan həm Şərq mədəniyyətinə, həm bütövlükdə dünya mədəniyyətinə, incəsənətinə bir çox və ilk töhfələr verən bir məmləkətdir.

Ona görə də klassik musiqinin inkişafı və klassik musiqi ifaçılarının yetişdirilməsi, əvvəlki gözəl ənənənin davam etdirilməsi, bunun üçün də ciddi maliyyə dəstəyi lazımdır”.

Millət vəkili eyni zamanda, ali təhsil müəssisələrinin, bir çox universitetlərin diplom satan qurumlardan əsl təhsil ocaqlarına çevrilməsinin vacibliyini vurğulayıb.

“Bu gün inkişafımızı əngəlləyən, təhsilimizə, elmimizə ciddi problem yaradan məsələlərdən biri savada, biliyə deyil, kağız parçası olan diploma üstünlük verilməsidir. Bir çox universitet təhsil verən deyil, diplom satan universitet, təhsil müəssisəsidir. Onlar elm, bilik, təhsil verməklə deyil, adi kağız parçası olan diplom satmaqla məşğuldurlar.

Hansı ki, onlar əsl təhsil ocaqlarına çevrilməli, biliklli, savadlı, peşəkar mütəxəssüslər hazırlamalıdırlar. Çünki bizdə əsl mütəxəssislərə, peşəkarlara ciddi ehtiyac var” - deyə, millət vəkili sözlərinə əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 471 01.05.19 21:48