Azərbaycan üzərindən ən çox poçt göndərişləri aparan ÖLKƏLƏRİN ADLARI açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |    

Azərbaycan üzərindən ən çox poçt göndərişləri aparan ÖLKƏLƏRİN ADLARI açıqlandı

Azərbaycanın yerləşdiyi əlverişli geostrateji mövqe Bakının iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi, beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkəmiz üçün yeni imkanlar açıb. Bu imkanlardan istifadə edərək hazırda Azərbaycan Poçtunun ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərməsi sahəsində 3 ildir ki, beynəlxalq layihə həyata keçirilir. Bu məqsədlə "Azərpoçt" MMC və geniş beynəlxalq avia daşıma imkanlarına malik "Silk Way" aviaşirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb və 2016-cı ilin iyul ayından fəaliyyətə başlanılıb.

MMC-dən verilən məlumata görə, layihə dünyanın əsas yük mərkəzi olan Cin Xalq Respublikasında sifariş olunan e-kommersiya məhsullarının bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən "Silk Way" aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilməsini və "Azərpoçt" tərəfindən poçt kimi emal olunaraq MDB və digər ölkələrə daşınma və çatdırılmasını nəzərdə tutur.

Honq Konq şirkəti ilə bağlanmış müqavilə əsasında 2019-cu ilin 1-ci rübündə 4 min 892 kq, yəni 18 min 891 ədəd poçt həcmi tranzit mərkəzdə emal olunaraq dünyanın 17 ölkəsinə göndərilib. Almaniya, Avstriya, BƏƏ, Böyük Britaniya, Çexiya, Fransa, İran, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Lüksemburq, Özbəkistan, Rusiya Federasiyası, Türkiyə, Ukrayna kimi ölkələrə 11 min 230 ədəd sifarişli, 7 min 661 ədəd sadə kiçik paket poçt həcmi çatdırılıb.

Eyni zamanda "Azərpoçt" MMC-nin EMS xidməti ilə Estoniya poçtu arasında bağlanmış müqavilə əsasında ABŞ və Almaniyadan daxil olan sürətli poçt göndərişləri "Azərpoçt" MMC üzərindən Rusiya Federasiyasına göndərilir.

Hazırda layihə üzrə fəaliyyətin genişləndirilməsi məqsədilə Çində, Cənubi Koreyada və Sinqapurda ekspress daşıyıcı kimi fəaliyyət göstərən digər şirkətlərlə də danışıqlar aparılır.

Yaxın zamanlarda daha iri həcmlərdə e-kommersiya məhsullarının Azərbaycan üzərindən "Azərpoçt" MMC vasitəsilə xarici ölkələrə daşınması və çatdırılması planlaşdırılır.//milli.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 613 01.05.19 20:49