İşığın da limiti artırılacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:33 Azərbaycanın futbol millisi Belarusla yoldaşlıq oyunu keçirəcək  |     12:25 Eyni adama məxsus 4 şirkət ləğv olunur  |     12:09 Bakıya yeni avtobuslar gətiriləcək: Nəqliyyat problemi həll olunacaq?  |     12:00 Bakıda tramvay xətləri bu ərazilərdə ola bilər  |     11:38 Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq  |     11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |    

İşığın da limiti artırılacaq?

Ötən gün Tarif (qiymət) Şurası tərəfindən təbii qaza tətbiq edilən limitə yenidən baxılaraq, artırılıb.

Qaz limiti mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilib. Bundan əvvəl isə limit 1 700 kubmetr idi.

Bəs elektrik enerjisinə tətbiq olunan limit artırıla bilərmi?

Oxu.az-ın əməkdaşı məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Tanrıverdi Mustafayev açıqlamasında bildirib ki, “Azərişıq” sadəcə, icraçı strukturdur:

“ASC tərəfindən elektrik enerjisinin limitinin artırılması barədə heç bir təklif verilməyib. Bizim qurum icraçıdır. Tarif Şurası nə qərar verəcəksə, onu icra edəcəyik”.

Qeyd edək ki, qaz və işığın qiyməti ilə bağlı Tarif Şurasının 2016-cı ilin 28 noyabr tarixində qərarı ilə hər iki kommunal xidmətin tarifində artımlar olub və differensial qiymət tətbiqi başlayıb. Yəni müəyyən limit həddindən sonra istehlakçılar istifadə etdikləri qaz və işığın qiymətini daha baha ödəyirlər.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 369 01.05.19 12:08