Məktəblilərə “Mavi balina” təhlükəsi haqda məlumat verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:38 Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq  |     11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |    

Məktəblilərə “Mavi balina” təhlükəsi haqda məlumat verildi

Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə Bakı şəhərinin ümumtəhsil müəssisələrinin 10 və 11-ci sinif şagirdləri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminar keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, DTX-nın Heydər Əliyev adına Akademiyasında keçirilən seminarın təlimçiləri DTX-nın təcrübəli əməkdaşları və akademiyanın bu sahə üzrə peşəkar mütəxəssisləridir.

Bugünkü seminarda Nərimanov rayonunun 23 məktəbinin 60-dan artıq şagirdləri iştirak edib. Seminardan öncə şagirdlər "Şöhrət muzeyi" ilə tanış olublar.

Seminar çərçivəsində şagirdlərin bilavasitə qatıldıqları müzakirələrdə Azərbaycanın dövlət maraqlarının və təhlükəsizliyinin, ictimai mənafelərinin qorunması, sosial şəbəkələrin müsbət və mənfi tərəfləri, habelə gənclərin asudə vaxtlarının daha çox "virtual dünya"ya sərf etməsinin real həyatdan uzaqlaşmağa gətirib çıxarmasının psixoloji fəsadları və milli genofonda doğurduğu təhlükələr barədə diskussiyalar aparılıb.

Akademiyanın rəis müavini Elşad Nəsirov çıxış edərək bildirib ki, aparılan analitika nəticəsində zərərli informasiyaların sosial şəbəkələr vasitəsilə yetkinlik yaşına çatmayan şəxslərə təsir etdiyi müəyyən olunub: "Məsələn, son vaxtlar "Mavi balina" oyunu sosial şəbəkələrdə yayılır və bu oyunun aludəçiləri sonda özünə sui-qəsd edirlər.

İctimai həyatın elə bir sahəsi yoxdur İKT-nin nailiyyətlərindən istifadə olunmasın.

O bildirib ki, Azərbaycan kosmik ölkələr sırasına daxildir, 3 peyki var, ölkədə informasiya texnologiyalardan geniş istifadə olunur.

Rəis müavini qeyd edib ki, bununla yanaşı, zərərli informasiyalardan da qorunmaq lazımdır: Bu cür layihələrin qurbanına daha çox yeniyetmələr çevrilir. Sosial şəbəkələrin müsbət cəhətləri də var, ünsiyyət qurmaq, yaradıcılıq işlərini paylaşmaq, fikirləri bölüşmək mümkündür. Mənfi cəhəti isə şəxsi həyata müdaxilədir. Son dövrlərdə sosial şəbəkələrin insanların şəxsi həyatlarına müdaxilə etdiklərinə görə məhkəmələrə verilib".

Akademiyanın kafedra rəisi Mehparə Sadıqova çıxış edərək psixika, sosial şəbəkələrin insanlara, xüsusilə şagirdlərə psixoloji təsiri barədə danışıb.



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 884 30.04.19 12:00