Bu ölkələrin nazirləri Bakıya gəlir - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:09 Bakıya yeni avtobuslar gətiriləcək: Nəqliyyat problemi həll olunacaq?  |     12:00 Bakıda tramvay xətləri bu ərazilərdə ola bilər  |     11:38 Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq  |     11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |    

Bu ölkələrin nazirləri Bakıya gəlir - SİYAHI

May 2-3-də Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Mədəniyyət Nazirliyi forumda iştirak edəcək əcnəbi nazirlərin siyahısını açıqlayıb.

Məlumata görə, Qana Respublikasının xarici işlər naziri Şirli Botçvey, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa, Qambiyanın xarici işlər naziri Mamadou Tanqara, Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının mədəniyyət naziri Ramatulaye Diallo, Əlcəzairin mədəniyyət naziri Meriem Merdaci, İran İslam Respublikasının mədəniyyət və islam əlaqələri üzrə naziri Abuzər İbrahimi Torkaman, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Zhamankulov, Küveyt Dövlətinin informasiya və gənclərlə iş naziri Mohammad Naser Abdullahı Aljabri, Monteneqronun daxili işlər naziri Mevludin Nuhociç və Myanmanın təhsil naziri Myo Thein Gyi Bakıdakı tədbirə qatılacaq.

Bundan başqa, forumda 100-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı gözlənilir. Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet səhifəsi üzərindən canlı yayımlanacaq.

Qeyd edək ki, forumun təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-dur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 481 30.04.19 12:29