Azərbaycanda zorakılığa məruz qalan uşaqların sayı artıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:38 Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq  |     11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |    

Azərbaycanda zorakılığa məruz qalan uşaqların sayı artıb

2010-cu ilin fevral ayından etibarən zorakılıqla bağlı “Uşaq Qaynar xətti”nə 36 minə yaxın müraciət daxil olub.

Bu barədə oxu.az-a açıqlamasında Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova məlumat verib.

Onun sözlərinə görə, son illər Azərbaycanda zorakılığa məruz qalan uşaqların sayında artım qeydə alınıb:

“2019-cu ilin ilk dörd ayında “Uşaq Qaynar xətti”nə 861 zəng daxil olub. Daxil olan zənglərin böyük əksəriyyəti bölgələrdən olsa da, təəssüf ki, paytaxtda da bu kimi hallar artıb.

Müraciətlər arasında yaş qrupları fərqlidir: beş yaşlı, eləcə də, 10-16 yaş arası uşaqlar da var. Xüsusilə keçid dövrü yaşayan 12-14 yaş arası uşaqlardan gələn müraciətlər çoxdur. Daxil olan bütün zənglər mütəxəssis və peşəkar psixoloqlar tərəfindən cavablandırılaraq, araşdırılır”.

K.Aşumova onu da əlavə edib ki, Azərbaycanda doqquz ildir uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində işlər görülür:

“Biz bu istiqamətdə tibb işçilərinə maarifləndirici təlimlər keçirik. Xüsusilə pediatrların bu təlimlərə cəlb edilməsinə diqqət göstəririk. Onlar zorakılığa məruz qalan uşaqlarla rastlaşdıqda hara və hansı şəkildə müraciət etməli olduqlarını izah edirik. Bu, yalnız vəzifə borcu deyil, insanlıq vəzifəsidir. Təəssüf ki, bölgələrdə zorakılığa məruz qalan uşaqların sayının artmasına səbəb orada ailələrin, azyaşlıların müraciət edə biləcəyi sosial xidmət mərkəzlərinin olmamasıdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 187 30.04.19 12:26