Rusiyalı pilot Bakıdakı qəzadan danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:38 Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq  |     11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |    

Rusiyalı pilot Bakıdakı qəzadan danışdı

Yarış zamanı Rikkardo mənə çatdı. Ona daha səbirli olmaq lazım idi. O məni döngədə keçməyə çalışdı, mən isə dönə bilməzdim.

Bunu İtaliyanın “Toro Rosso” bolidinin rusiyalı pilotu Daniil Kvyat Bakıdakı “Formula-1” yarışı zamanı avstraliyalı Daniel Rikkardo ilə toqquşması barədə danışarkən deyib.

O, “Rossiyskaya Qazeta”ya müsahibəsində “Reno” pilotu ilə toqquşma anını izah edib:

“O məni “arxasınca sürüklədi”, sonra məni yarışdan çıxardı. Zərər ciddi olduğundan, yarış bizim üçün bitdi. Çox heyf”.

25 yaşını Bakıda qeyd edən başqırd pilot daha sonra Rikkardonun bolidi arxaya verərkən onunkuna toqquşdurması barədə danışıb:

“Mən təəccübləndim. Nə baş verdiyinə inana bilmirdim. Ancaq belə şeylər olur. Yəqin ki, o tələsdi və öz səhvini düzəltmək istədi. Amma mən o, bolidi arxaya verəndə hələ orada idim.

Biz artıq onunla söhbət etmişik. Ona minnətdarlıq bildirmək lazımdır, çünki üzr istədi. Bizim aramızda problem yoxdur, əvvəl uzun müddət bir komandada olmuşuq, bir-birimizi yaxşı tanıyırıq. Sadəcə, ona bir az səbir etmək lazım idi. Bir kilometrdən sonra o, məni keçə bilərdi. Amma ilk döngədə etdi, mən isə zərbədən qaçdım. Sonra üçüncü döngədə... Bütün bunlar çox məyusedicidir.

Deyə bilmərəm ki, Rikkardo özgüvəni çox olduğundan, belə etdi. Ancaq onu bilirəm ki, o trekdə bu, işləməyəcəkdi. Belə hallar, xüsusən Bakıdakı kimi traslarda olur”.

Qeyd edək ki, “Formula-1”in qalibi “Mercedes”in pilotu Valteri Botas olub.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 197 29.04.19 19:58