İçərişəhərdəki restoranın damında söküntü başladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |    

İçərişəhərdəki restoranın damında söküntü başladı

İçərişəhərdə Qala divarları qarşısında tikilən restoranın damında söküntü işləri aparılır.

BBC News Azərbaycancanın ərazidə olan müxbiri müşahidə edib ki, yarımçıq tikilinin bir neçə gün əvvəl betonlanmış ikinci mərtəbəsində fəhlələr hissələri sökərək aşağı atır.

Bu, 1-ci vitse-prezident Mehriban Əliyevanın keçən həftə İçərişəhər ərazisində BBC News Azərbaycanca müxbirinin sualına cavabdan sonra baş verib. Mehriban Əliyeva "İçərişəhərdə, qala divarlarının yanında indiyə qədər olan obyektlər hansı hündürlükdə idisə, o vəziyyətdə də olmalıdır" demişdi.

Müxbirlər cümə günü ərazidə olarkən tikintinin üst mərtəbəsində olan dəmir konstruksiyanın üzərinin beton örtüyü ilə bağlanıldığını görüb. Bu gün isə müşahidə edilib ki, həmin beton örtük fəhlələr tərəfindən sökülüb yerə tökülür.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu idarəsindən bunu nə təsdiq, nə də təkzib ediblər. Ancaq Qoruq əməkdaşlarından biri deyib ki, sökülən taxta restoranın yerində beton və dəmirdən restoran tikilir və onun üzərinə yemək xidməti üçün nəzərdə tutulmayan terras quraşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 047 29.04.19 18:56