Üzünü it parçalayan uşağın son vəziyyəti - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |    

Üzünü it parçalayan uşağın son vəziyyəti - FOTO

Üzünü it parçalayan Hüseyn Məmişovun vəziyyəti normaldır. Yaralar sağalıb, tikişlər sökülüb.

Median.Az xəbər verir ki, bu barədə Trend-ə uşağın həkimi, Kliniki Tibbi Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsində çalışan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Məhəbbət Cəfərov deyib.

Onun sözlərinə görə, müalicə bitsə də, uşağın valideynləri onu xəstəxanadan çıxarmağa ehtiyat edirlər:

"Hələki quduzluğun heç bir əlaməti yoxdur. Vaxtında vaksinasiya aparılır. Hər şey normaldır. Əgər quduzduğun əlaməti olsaydı, uşaq infeksion xəstəxanaya köçürülərdi. O, evə getməlidir. Lakin evə apamaqda valideynlər tərəddüd edirlər, çünki evdə məktəbə gedən digər uşaqlar var. Hazırda uşaqla bağlı heç bir müalicə getmir. Ancaq üç gündən bir vaksinasiya olunur”.

Xatırladaq ki, aprelin 16-da Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. İt quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Kliniki Tibbi Mərkəzə aparılıb.
 

 

 


 

 

 скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 345 29.04.19 15:11