Gürcü polisi azərbaycanlı gəncləri vəhşicəsinə döydü - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:38 Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq  |     11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |    

Gürcü polisi azərbaycanlı gəncləri vəhşicəsinə döydü - FOTO

Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Təkəli kəndinin üç gənc sakini aprelin 17-də polis özbaşnalığının qurbanı olub. 

Buta.media-nın məlumatına görə, Marneuli rayon Şulaver Polis Bölməsinin beş əməkdaşı Şaumyan qəsəbəsinin inzibati ərazisində Təkəli kənd sakinləri Elçin Aslanovu, Musa Namazovu və Namaz Namazovu heç bir səbəb olmadan vəhşicəsinə döyüb, sürüyərək maşına mindirib, sonra bölməyə gətirərək, orada təkrar döyüb, daha sonra isə Elçin Aslanov və Musa Namazovu saxta ittihamla (polisə müqavimət) həbs ediblər.

Digər şəxs - Namaz Namazovu isə Marneuli Polis İdarəsində bir gün qanunsuz saxladıqdan sonra aprelin 18-də azad ediblər. 

Virtualaz.org-un məlumatına görə, bu hadisə ilə bağlı polis tərəfindən vəhşicəsinə döyülən Namaz Namazov mətbuat üçün açıqlama yayıb. O bildirib ki, özünün və digər iki gəncin milliyətcə gürcü olan polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı operativ olaraq Gürcüstanın Baş Naziri Mamuka Baxtadzeyə, Ombudsman Nino Lomcariyaya, Daxili İşlər Naziri Giorgi Qaxariyaya, Baş Prokuror Şalva Tadumadzeyə və Gürcüstan Parlamentinin Vitse-Spikeri Giorgi Volskiyə şikayət verilib.



Namaz Namazov qeyd edib ki, onu milliyətcə gürcü olan polis əməkdaşları döyüb və milli kimliyini təhqir edərək ona “tatrebi” (“eşşək tatar”) deyiblər. Onun fikrincə, bu məsləyə görə şikayətinin Gürcüstanda obyektiv araşdırılması şübhəlidir. Ona görə də, insidentlə bağlı Azərbaycan Respublikasının Prezienti İlham Əliyevə də rəsmi müraciət göndərib. Rəsmi müraciətin sürəti eyni zamanda Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya, Milli Məclisin deputatları Fərəc Quliyevə və Qüdrət Həsənquliyevə də ünvanlanıb.

N.Namazov bildirib ki, ona, həmçinin digər Təkəli kənd sakinləri Elçin Aslanov və Musa Namazova qarşı zorakılığın tətbiq edilməsi, saxta ittiham irəli sürülməsi, milli kimliklərinin təhqir edilməsinə Azərbaycan Respublikasında da hüquqi qiymət verilməlidir. Çünki bu, faktiki olaraq, Gürcüstanda azərbaycanlıların milli diskriminasiyasıdır.



Məlumata görə, Marneuli rayonu Təkəli kənd sakinləri, azərbaycanlı gənclər Elçin Aslanov və Musa Namazovla bağlı Marneuli Məhkəməsinin qərarı ilə Güürcüstan Cinayət Məcəlləsinin polisə müqavimət maddəsi ilə barələrində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Eyni zamanda Namaz Namazovun şikayəti əsasında Gürcüstan Parlamentinin İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsində və Gürcüstan Baş Prokurorluğunda insidentlə bağlı ciddi araşdırma başlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 297 27.04.19 17:05