Uşaq Klinik Xəstəxanasından üç aylıq körpənin ölümü ilə bağlı - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:38 Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq  |     11:21 Abşeronda kişi dəm qazından boğulub  |     11:10 Bakıya bu tarixlərdə iki gün QAR YAĞACAQ  |     23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |    

Uşaq Klinik Xəstəxanasından üç aylıq körpənin ölümü ilə bağlı - AÇIQLAMA

Respublika Uşaq Klinik Xəstəxanası üç aylıq körpənin ölümünə aydınlıq gətirib.

Xəstəxanadan verilən məlumata görə, Mədinə Orxan qızı Əsgərzadə bu il martın 28-də saat 14.10 da valideynləri tərəfindən Respublika Uşaq Klinik Xəstəxanasına gətirilib, aparılan müayinədən sonra vəziyyətinin ağırılığı ilə əlaqədar təcili Anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

“Körpə daxil olarkən vəziyyəti həddindən artıq ağır olub. Ağırlığı anemik sindromla, nevroloji simptomatika ilə əlaqədardır. Dəri örtüyü kəskin solğun, qaraciyər və dalaq böyük ölçüdə (6-7 sm) olub. Reanimasiyada olduğu müddətdə bütün müayinələr aparılıb (ümumi kliniki, biokimyəvi, serroloji, insturmental və dar ixtisaslı həkimlər). Eyni zamanda, xəstəyə ET Hematologiya və Transfuziologiya İnstitunun əməkdaşı tərəfindən baxılıb və orda bir sıra müayinələr aparılıb. Son nəticədə xəstəyə “Fetal hepatit, immun hemolotik anemiya” diaqnozu qoyuldu”, - açıqlamada qeyd olunub.

Bildirilib ki, xəstə daxil olarkən Hb səviyyəsi cox aşağı (60 ql) olduğuna görə təcili qan köçürülməsi həyati göstəriş idi:

“Valideyn heç bir sənəd təqdim etmədən şifahi olaraq doğum evində qan qrupunun A(II)Rh olduğunun deyildiyini vurğuladı. Buna əsaslanaraq həkim laborant tərəfindən qan qrupu üç dəfə yoxlanılaraq, 0(I)Rh+ təsdiq olundu. Bioloji sınaqlar aparıldıqdan sonra xəstəyə qan köçürüldü. Dörd dəfə yuyulmuş eritrosit kütləsi köçürülməsinə baxmayaraq, Hb-nin səviyyəsi qalxmırdı. Bu da uşağın əsas xəstəliyi ilə əlaqədardır”.

“Tibbi protokollara və elmi ədəbiyyatlara əsaslanaraq I qrup universal qan olduğundan bütün qruplara köçürülə bilər. Aparılan müalicə fonunda xəstənin vəziyyəti stabil olub, lakin bu il aprelin 4-də valideynlər həkimlərin təkidinə baxmayaraq, məsuliyyəti öz üzərlərinə götürüb, müalicə və müayinələrdən imtina edərək uşağı İran İslam Respublikasına aparacaqlarını bildirdilər. Bu barədə valideynlərdən iltizamnamə də alınıb”, - açıqlamada vurğulanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 615 27.04.19 15:48