Tovuz rayonunun Vahidli kəndində, Tovuzçay su anbarında batdığı ehtimal edilən 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun axtarışları başa çatıb.
V.Dilənovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Kənd bələdiyyəsindən Oxu.az-a verilən məlumata görə, V.Dilənov bu yaxınlarda həyat yoldaşını itirib və əsəbləri bir qədər gərgin olub. Qeyd olunub ki, yaşlı kişinin səhhətində də problemlər olub.
* * * * *
Tovuz rayonunda itkin düşən kişinin göldə batmasına dair ehtimallar dəqiqləşib.
1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun rayonun Vahidli kəndi ərazisindəki süni göldə (Tovuz çay su anbarı) batdığı məlum olub.
Hazırda onun axtarışları davam edir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə qüvvələri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
//oxu.az