Bakıda məşhur kinoteatrı çayxana etdilər – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |    

Bakıda məşhur kinoteatrı çayxana etdilər – VİDEO

Bakının Əhmədli qəsəbəsi, Sixlinski küçəsi 3 ünvanında yerləşən “Bakı” kinoteatrı Sovet dövründə tikilən bir çox kinoteatrlar kimi vaxtilə lazımi şəkildə fəaliyyət göstərirdi.

Median.Az
xəbər verir ki, istər yerli, istər xarici filmlərin afişaları asılan kimi ərazi əhalisi izdihamla kinoteatra axışır, bilet almaq üçün növbəyə düzülərdilər.


Hər kəs kinoteatrda nümayiş olunan istər rəngli, istərsə də ağ-qara filmlərə maraqla baxar, film bitdikdən sonra isə təəssüratlarını bölüşə-bölüşə evlərinə yollanırdılar.

Hətta yeni filmin nümayişindən xəbərsiz olanlara sevinc və maraqla “Bakı” kinoteatrında filan film nümayiş olunur müjdəsini verirdilər.

Beləcə hər gün kinoteatr dolub, boşalardı – amma keçmişdə.

Bəli, yuxarıda təsvir etdiyimiz məqamlar “Bakı” kinoteatrı ilə bağlı keçmişə səyahət idi.

Ancaq elə ki, Sovetlər İttifaqı dağıldı, videomaqnitafonlar ildırım sürətilə yayılmağa başladı, Azərbaycanda olan bir çox kinoteatrlar kimi çöküşü “Bakı” kinoteatrına da siraət etdi.

Artıq orada filmlər əvvəlki kimi nümayiş olunmurdu, izdiham yavaş-yavaş qeybə çəkildi. Qısası, “Bakı” kinoteatrı yetimləşdi. Hətta vaxt keçdikcə kinoteatrın görünüşü belə tamaşaçı niskilindən sanki bədbinləşmiş, bədbəxtləşmiş görkəm aldı. Bu hal bu gün də öz yerində qalır.

Təxmini 1 il əvvəl xəbər yayıldı ki, “Bakı” kinoteatrı söküləcək və yerində yeni univermaq tikiləcək. Lakin xəbər öz əksini tapmadı – kinoteatr hələ də öz nimdaş halı ilə yerindədir. Hətta fəaliyyətni də davam etdirir, ancaq necə...

Necəliyini öyrənmək üçün BAKU.WS olaraq Bakının vaxtilə məşhur kinoteatrlarından olan “Bakı” kinoteatrına baş çəkdik. İlk öncə öyrəndik ki, hazırda “Bakı” kinoteatrı Əhmədlidə daha çox çayxana kimi tanınır. Çünki orada çayxana açılıb.

Biz “Bakı” kinoteatrına yaxınlaşanda obyekt bağlı idi. Oranı işlədənlərdən öyrəndik ki, kinoteatrın arxa girəcəyində yeni çayxana tikilir. Bu səbəbdən də, hazırda içəriyə giriş bağlıdır.

İşçilərdən birilə danışıqdan sonra kinoteatra daxil ola bildik. 450 nəfər tamaşaçı tutan salonda köhnə oturacaqlar, səhnədə isə yaradılan çayxana insanda qəribə abu-hava yaradırdı.

Çayxanaya gələnlərin rahat əylənməsi üçün nərd, domino kimi stolüstü oyunlar da təşkil edilmişdi. Eyni zamanda, içəridə tennis və bilyard stolları qoyulmuşdu.

İşçilərdən öyrəndik ki, çayxanaya gələnlərin istəyini nəzərə alaraq, burada həm də kino və futbol oyunları nümayiş olunur. Çayın qiyməti isə 2 manatdan başlayır. Film izləmək istəyənlər isə əlavə olaraq hər adama görə 2 manat pul ödəməlidirlər.

Bəs “Bakı” kinoteatrının fəaliyyətinə kim nəzarət edir?

Suala cavab tapmaq üçün Mədəniyyət Nazirliyilə əlaqə saxladıq.

Nazirliyin mətbuat xidmətindən Baku.ws-ə bildirdilər ki, “Bakı” kinoteatrı özəlləşdirilib.

“Hazırda nazirlik “Bakı” kinoteatrına nəzarət etmir. Özəlləşdirən sahibkar da, onun hansı istiqamətdə işlədəcəyinə qərar verir”, - deyə bildirilib.


//Baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 355 26.04.19 14:48