Bakı Dövlət Universitetinin (BDU) tələbəsi dərmandan zəhərlənib.
Median.Az xəbər verir ki, hadisə bu gün baş verib.
1998-ci il təvəllüdlü Səidə Nərimanovanın dərs zamanı vəziyyəti pisləşib. O, təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb. 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında deyib ki, tələbə dərman qəbul edəndən sonra zəhərlənib və qəfildən halı pisləşib:
“Təcili tibbi yardımın köməkliyi ilə günorta saatlarında bizim şöbəyə gətirilib. Hazırda onun müalicəsi davam etdirilir. Amma səhhəti orta-ağır olaraq qalır”./Report