Ələt-Astara avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən qəza baş verib.
Median.Az report-a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobilin havanın yağışlı olması səbəbindən yol kənarındakı maneəyə çırpılıb.
Nəticədə 1 ailənin 4 üzvü - Xırdalan şəhəri, Cavanşir küçəsində yaşayan 72 yaşlı Novruzova Qəmər, 45 yaşlı Novruzova Afət, 23 yaşlı Novruzova Nuranə və 6 aylıq körpə Ocaqverdiyeva Zeynəl Qafqaz qızı xəsarət alıblar.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar ilkin tibbi yardım göstərildikdən sonra ambulator müayinəyə buraxılıblar.