Kimsəsiz halda tapılan azyaşlıların anası "peyda oldu", hətta tələbi də var » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |    

Kimsəsiz halda tapılan azyaşlıların anası "peyda oldu", hətta tələbi də var

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycan Uşaqlar Birliyinin (AUB) "qaynar xətt"inə 3 azyaşlının küçədə kimsəsiz qalması ilə bağlı məlumat daxil olmuşdu.

Median.Az
bildirir ki, Birliyin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında artıq bir neçə gündür sığınacaqda saxlanılan uşaqların vəziyyət ilə bağlı məlumat verib.

"Uşaqların anası 2 gün öncə icra hakimiyyətinin əməkdaşları ilə birgə sığınacağa gətirildi. Ana övladlarına sahib çıxmaq istəyir" - Ağazadə bildirib.

Ananın sığınacaqdakı vəziyyətlə tanış olduğunu deyən sədr bəzi nüanslara da toxunub: "Qadının çox böyük iddiaları var. Onun Keşlə qəsəbəsində evi olsa da, deyir ki, "mənə şərait yaradılsın"".

"Biz isə bildirdik ki, uşaqlar burada qaldığı müddətdə onlara xərcləyəcəyin vəsaiti, zəhmət çək, təmizlik işlərinə, evin şəraitinin yaxşılaşdırılmasına sərf et. Qeyd etdik ki, bundan sonra, yəqin, qərar verilər və uşaqlar sənə geri qaytarılar" - AUB rəhbəri vurğulayıb.

Xatırladaq ki, bir neçə gün öncə Keşlə qəsəbəsində kimsəsiz halda tapılan azyaşlılardan 2-si qız, 1-i isə oğlandır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 885 22.04.19 22:20