Bakıdakı küçələrdən birinə Süleyman Ələsgərovun adı verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Maykl Ceksonun qızı Pəris narkotik və alkoqol asılılığından danışdı  |     22:43 Salvadorda 5,8 bal maqnitudada zəlzələ olub  |     22:36 Xırdalanda 17 yaşlı yeniyetmənin meyiti tapıldı  |     22:18 Nazirlik: Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil  |     22:03 Abşeronda bir aydır itkin düşən qadın axtarılır  |     21:40 Rusiyadan Ermənistana xəbərdarlıq  |     21:22 Azərbaycan Kubokunun finalı bu stadionda keçiriləcək  |     21:04 Cozef Aun Livanın yeni Prezidenti seçilib  |     20:43 Abşeron və Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq  |     20:29 Türkiyə-İran sərhədində zəlzələ olub  |     20:14 Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI  |     19:52 Polis ƏMƏLİYYAT KEÇİRDİ: Çox sayda SAXLANILAN VAR - FOTO  |     19:30 Çin hökuməti meymunçiçəyinin yeni ştamına görə təcili tədbirlərə başladı  |     19:18 Mingəçevirdə güclü partlayış səsi eşidildi - RƏSMİ AÇIQLAMA  |     19:10 Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR  |     18:07 Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI  |     17:48 Netanyahu Trampın andiçmə mərasimində iştirak etməyəcək  |     17:38 FIDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib  |     17:19 "Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür  |     17:11 Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI  |    

Bakıdakı küçələrdən birinə Süleyman Ələsgərovun adı verildi

Bakıdakı küçələrdən birinə Azərbaycanın Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun adı verilib.

Bununla bağlı oxu.az saytına “Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev göstəriş verib.

“Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla əlaqə saxladım. O bildirdi ki, məsələ ilə bağlı Prezident İlham Əliyevə məlumat verilib və o, bununla bağlı göstəriş verib. E.Əzizovun əmri ilə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına bitişik küçəyə babamın adı verilib”, - T.İmanov qeyd edilib.

O, buna görə ölkə başçısına təşəkkürünü bildirib:

“Bu küçəyə S.Ələsgərovun adının verilməsi ailəmiz üçün böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, S.Ələsgərov uzun illər məhz həmin akademiyada, o zamanı konservatoriyada dərs deyib, kafedra müdiri olub.

Şuşadan gələrkən 1940-cı ildə Üzeyir bəyin yanına gedib, ona qalmaq üçün auditoriya verib, daha sonra 1948-ci ilə qədər S.Ələsgərov sonradan ailəsi ilə birlikdə o auditoriyada qalıb. S.Ələsgərovun övladlarının üçü də o konservatoriyada oxuyub. Anam, dayılarım orada oxuyub, nənəm orada dərs deyib. Bir sözlə, bizim o ərazi ilə çox böyük yaxınlığımız, sıx əlaqəmiz olub.

İlk növbədə, bu küçəyə babamın adının verilməsinə görə ölkə başçısına təşəkkürümü bildirirəm, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova təşəkkürümü bildirirəm ki, bu işdə çox böyük fəallıq göstərdilər”.

Xatırladaq ki, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə Tahir İmanov babası S.Ələsgərovun adına küçə verilməsi barədə xahiş edib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 691 22.04.19 15:14