Bakıda kişi arvadının yoxa çıxması ilə bağlı polisə müraciət edib.
30 mart tarixində Abbasqulu Hilal oğlu Hümbətli Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsinə müraciət edərək həyat yoldaşının itkin düşdüyünü bildirib.
Kişi qeyd edib ki, həyat yoldaşı 1998-ci il təvəllüdlü Nurlanə Ədalət qızı Hümbətli yaşadıqları Bakı şəhəri, A.Qurban küçəsi, ev 25-dən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı Xətai rayon Polis İdarəsi 37-ci polis şöbəsində araşdırma aparılır.